AZ

Bu Avropa ölkəsi də Fələstinin müstəqilliyini tanıyacaq

Lüksemburqun baş naziri Lyuk Friden və xarici işlər naziri Xavyer Bettel parlament komitəsində ölkənin Fələstin dövlətini tanımaq niyyətində olduğunu bildiriblər.

Publika.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, tanınma ilə bağlı yekun qərarın sentyabrın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında qəbul ediləcəyi gözlənilir. Bu, Fransa və Belçika da daxil olmaqla bir sıra digər ölkələrlə razılaşdırılaraq baş verəcək.

Beləliklə, Lüksemburq gələn həftəyə kimi Fələstin dövlətini tanımağı planlaşdıran Qərb ölkələrinin artan siyahısına qoşulacaq.

Qeyd olunur ki, baş nazir və XİN rəhbərinin bəyanatı hökumətin bir neçə aylıq tərəddüdlərindən sonra və Avropa liderlərinin İsrailə Qəzza zolağında müharibəni dayandırmaq çağırışlarının artması fonunda verilib.

Seçilən
18
5
publika.az

6Mənbələr