AZ

İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Coğrafiya II ixtisas qrupu üzrə imtahan verən abituriyentlər üçün əsas fənlərdən biridir. III qrupda isə müvafiq alt qruplar üzrə müsabiqədə iştirak etmək üçün coğrafiyadan imtahan verirlər. Nəticələr göstərir ki, coğrafiya üzrə II qrupda orta göstərici 28.68 faiz, III qrupda isə təxminən 15.5 faizdir ki, bu da çox aşağı səviyyədir".
Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə "Xalq" qəzetinə müsahibəsində deyib.
DİM rəhbəri qeyd edib ki, xüsusilə narahatlıq doğuran sahələrdən biri də kimyadır:
"Abituriyentlərin daha çox seçdiyi I qrupda bu fənnə aid bir çox ixtisas var. I qrupda orta göstərici 24.18 faiz, IV qrupda isə 49.17 faizdir, yəni qruplar arasında təxminən 25 faiz fərq mövcuddur. Mövcud nəticələr hələ qənaətbəxş deyil və təkmilləşdirilməyə ehtiyac var".
Sədr əlavə edib ki, I qrupda fizika üzrə düzgün cavabların faizi 33.29-dur və bu isə kifayət qədər aşağı səviyyədir, riyaziyyat üzrə də vəziyyət eynidir:
"Bu məsələdə maraqlı bir məqam da budur ki, gələcəkdə İT sahəsində fəaliyyət göstərmək istəyən abituriyentlərin riyaziyyat nəticələri kifayət qədər yüksək olmalıdır. Bizə çox təkidlə müraciət edirdilər ki, informatika fənni üzrə də imtahanlar keçirilsin və biz bunu təşkil etdik. Lakin nəticə 37.86 faizdir, keçən illə müqayisədə cüzi olaraq artsa da, bu göstərici qənaətbəxş deyil. Bununla belə, bütün qruplar üzrə ümumi cədvəli ötən illə müqayisə etdikdə müşahidə olunan müsbət tendensiya ümidvericidir".
Seçilən
36
1
oxu.az

10Mənbələr