AZ

Tramp: Venesueladan yola çıxan daha bir narkotik yüklü qayığı vurduq

Tramp: Venesueladan yola çıxan daha bir narkotik yüklü qayığı vurduq

Venesuela ilə ABŞ arasında gərginlik artır. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp bildirib ki, ABŞ ordusu beynəlxalq sularda Venesueladan gələn narkotik kartellərinə qarşı yenidən əməliyyat keçirib.

Tramp sosial media hesabında verdiyi açıqlamada ABŞ ordusunun Venesueladan yola çıxan, narkotiklə dolu olduğu iddia edilən bir qayığı beynəlxalq sularda vurduğunu və əməliyyatda 3 nəfərin öldürüldüyünü bildirib.

Tramp əməliyyatı həyata keçirmək üçün kifayət qədər sübutlarının olduğunu söyləyib.

Venesueladan da ABŞ-a qarşı sərt etirazlar davam edir. Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın Karib dənizi bölgəsindəki hərbi fəallığı barədə danışıb.

Maduro “Əgər silahlı mübarizəyə girməli olsaq, buna tam hazırıq” — deyə bildirib.

Seçilən
25
afn.az

1Mənbələr