ABŞ hərbçiləri Belarus poliqonuna gəlib. Orada onlar Belarus-Rusiya birgə “Zapad-2025” təlimlərini izləyirlər.
Bu barədə Belarus Müdafiə Nazirliyinə və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Telegram-da məlumat verib.
Belarus departamenti ABŞ hərbçilərinin Belarusun müdafiə naziri Viktor Xreninlə əl sıxışdığı video yayımlayıb. ABŞ hərbçiləri Belarus rəsmisinə dəvətə görə təşəkkür ediblər.
İddialara görə, Xrenin "Amerikalı qonaqlara" onları maraqlandıran hər şeyi göstərmək əmrini verib.
Belarus Müdafiə Nazirliyi bildirib ki, təlimləri 23 ölkənin, o cümlədən NATO üzvü olan Türkiyə, ABŞ və Macarıstan nümayəndələri izləyir.
Oxuməni.az