AZ

Qırğızıstanın keçmiş prezidentinin oğlu ailəsinin evdən çıxarılması ilə bağlı məhkəməyə müraciət etdi

BAKI, 16 sentyabr. TELEQRAF

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin oğlu Kadırbek Atambayev ailəsinin Bişkekin Köy-Taş kəndindəki evindən çıxarılması ilə bağlı Ali Məhkəməyə iddia qaldırıb.

Teleqraf xəbər verir ki, o, buna görə Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinə də müraciət edib.

Kadırbek Atambayev iddia edir ki, onun ailəsinə qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları və digər şəxslər tərəfindən qanunsuz hərəkətlər edilib.

Sentyabrın 14-də Atambayevin ailəsi Köy-Taş kəndindəki evindən çıxarılıb. Sentyabrın 13-də keçmiş liderin həyat yoldaşı Raisa Atambayeva hazırkı Prezident Sadır Japarova evi toxunulmaz saxlamaq vədini xatırladıb. Bundan bir gün əvvəl Qırğızıstan Dövlət Əmlakının İdarə Edilməsi Agentliyi məlumat vermişdi ki, sözügedən torpaq məhkəmə qərarı ilə dövlət mülkiyyətinə qaytarılıb. Torpağın bir hissəsində qocalar evi, digər hissəsində isə 500 yerlik uşaq bağçasının tikintisi nəzərdə tutulub.

2025-ci ilin iyununda Bişkek məhkəməsi Almazbek Atambayevi qiyabi olaraq 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Sabiq dövlət başçısı bir prosesdə birləşdirilən üç cinayət işi üzrə təqsirli bilinib. Atambayev qanunsuz varlanmada, torpaq sahələri əldə etməkdə və 2019-cu ildə Köy-Taş kəndində baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunur.

Seçilən
6
teleqraf.com

1Mənbələr