AZ

Yağış yağır, duman müşahidə edilir - – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 16-sı saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində, eləcə də Bakıda və Abşeron yarımadasında yağış yağması müşahidə olunub. Xidmətdən SİA-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 12, Lənkəranda 11, Lerikdə 7, Daşkəsəndə 4, Yardımlıda 3, Göygöl, Gədəbəydə 2, Xaltan, Şamaxı, Goranboy, Altıağac, Tovuz, Qax, Qəbələ, Şəki, Qobustan, İmişli, Biləsuvarda 1 millimetrədək qeydə alınır.

Daşkəsən, Göygöl, Qax, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunur, görmə məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, dağlıq rayonlarda 12, Aran rayonlarında 22, Naxçıvan Muxtar Respublikasında 28 dərəcəyədək isti qeydə alınıb.

Seçilən
51
32
sia.az

10Mənbələr