AZ

Zelenski: Tramp Rusiyaya təzyiq göstərmək istəmir

BAKI, 16 sentyabr. TELEQRAF

“Ukrayna Prezidenti VolodimirZelenski Qərbdən məyusdur”.

Teleqraf xəbər verir ki, bunu “Sky News” telekanalının müxbiri Yalda Hakim Ukrayna lideri ilə müsahibədən sonra deyib.

Jurnalistin sözlərinə görə, Zelenski ABŞ və Avropanın Rusiyaya kifayət qədər təzyiq göstərmədiyini düşünür.

“ABŞ prezidentinin Böyük Britaniyaya gözlənilən dövlət səfəri ərəfəsində mənimlə Kiyevdə görüşən Volodimir Zelenski Rusiyanın Ukraynaya hücumlarını artırdığı bir vaxtda Qərb dövlətlərinin Kremlə təzyiqi artıra bilməməsindən məyus olduğunu bildirib. Zelenski hesab edir ki, Tramp Rusiyaya təzyiq göstərmək istəmir, çünki bu, müharibəni bitirmək səylərini təhlükə altına qoya bilər”, – Yalda sosial media hesabında yazıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr