AZ

Bu marşrut üzrə əlavə reyslər olacaq

Artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 20-si Bakı-Ağstafa, sentyabrın 21-i isə Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.

Milli.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, Bakı-Qazax-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkün olacaq.

Hərəkət cədvəli və biletlərlə bağlı məlumatı ADY-nin rəsmi saytından, "ADY Mobile" tətbiqindən, dəmiryol kassalarından və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz.

Milli.Az

Seçilən
27
milli.az

1Mənbələr