AZ

Ukraynadakı münaqişəni 90 gün ərzində başa çatdırmaq mümkündür - ABŞ maliyyə naziri şərti açıqladı

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Avropa Rusiya neftini alan ölkələrə qarşı ikincil rüsumlar tətbiq edərsə, Ukraynadakı münaqişəni iki-üç ay ərzində başa çatdırmaq mümkündür.

Bizim.Media xəbər verir ki, bu barədə o, Reuters agentliyinə müsahibəsində danışıb.
"Zəmanət verirəm ki, əgər Avropa Rusiya neftini alanlara qarşı ciddi rüsumlar tətbiq edərsə, münaqişə 60–90 gün ərzində başa çatacaq”, deyə nazir qeyd edib.

O əlavə edib ki, ABŞ Avropa ilə birlikdə Rusiya şirkətlərinə, o cümlədən “Rosneft” və “Lukoyl”a qarşı daha sərt sanksiyaların tətbiqi məsələsində əməkdaşlıq etmək niyyətindədir.

Sentyabrın 10-da Financial Times qəzeti üç mənbəyə istinadla yazıb ki, ABŞ Prezidenti Donald Tramp Aİ-ni Hindistan və Çin üçün rüsumları 100%-ə qaldırmağa çağırıb. Məqsəd Rusiyaya təzyiqi artırmaq və Ukraynadakı münaqişənin həllini sürətləndirməkdir.

Lakin “Wall Street Journal” qəzeti adını açıqlamayan bir Avropa rəsmisinə istinadla yazıb ki, Avropa İttifaqının digər ölkələrə, o cümlədən Hindistan və Çinə qarşı rüsumları sanksiya aləti kimi istifadə etməkdən imtina edib.

Bizim.Media

Seçilən
13
1
bizim.media

2Mənbələr