Rumıniyanın Yassı şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Aleksandr İohan Kuza Universiteti və Yassı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Yay Məktəbi təşkil olunub.
Modern.az xəbər verir ki, “Qara dəniz və Xəzər hövzəsi: Tarix, ənənələr və multikultural perspektivlər” mövzusuna həsr olunan məktəbdə Rumıniya, Azərbaycan, Moldova, Bolqarıstan, Gürcüstan, Ukrayna və Türkiyədən olan tələbə və araşdırmaçılar iştirak edib.
Beynəlxalq Yay Məktəbində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini Layihələr şöbəsinin müdiri dosent İrina Kunina “Multikulturalizmin Azərbaycan modelinin xüsusiyyətləri” mövzusunda mühazirə ilə çıxış edib.
Məktəb iştirakçılarının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri akademik Kamal Abdulla ilə onlayn görüşü təşkil olunub.
Qeyd edək ki, Mərkəzin önəmli layihələrindən biri olan və mütəmadi olaraq ildə iki dəfə təşkil edilən beynəlxalq multikulturalizm məktəbi ilk dəfə olaraq Azərbaycandan kənarda həyata keçirilib. Yay məktəbi “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Layihənin məqsədi xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələrin nəzəri biliklərinin multikultural və tolerant dəyərlərin qorunduğu ölkəmizdə əyani şəkildə tanış olmalarına şərait yaratmaqdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta