AZ

Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim

ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"O bu gün haqqın dərgahındadır. Haqqım ona halal olsun. Allah günahlarını bağışlasın".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva həmkarı, illər öncə böyük qalmaqal yaşadığı Xalq artisti İlhamə Quliyevanın ünvanına deyib.

"Rəngarəng" verilişinin komandası ilə İlhamə Quliyevanın məzarını ziyarət edən Dostəliyeva , zamanında böyük qalmaqal yaşadığı həmkarına halallıq verib:

"O bu gün haqqın dərgahındadır. Haqqım ona halal olsun. Allah günahlarını bağışlasın. İlhamə xanım böyük sənətkar idi və incəsənətimiz, mədəniyyətimiz üçün əməyi çox olub. Hər zaman ölkəmizin adını ucaldıb. Bu gün bir daha onun məzarının başında deyirəm ki, haqqımı ona halal edirəm, Allah ona rəhmət eləsin. Hamımız torpağa gedəcəyik. Sənət adamları nə qədər mehriban olsa, bir o qədər Allahın rəhmətini qazanarıq. O böyük sənətkarların övladı idi. Bu gün onun məzarına gəlməyi özümə borc bildim."

Qeyd edək ki, mərhum İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onu efirdə parodiya etməsinə qəzəblənərək məhkəməyə vermişdi. Nazpəri qarşı tərəfə 25 min manat təzminat ödəmişdi.

Aysel

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
1
azxeber.com

2Mənbələr