Bakıda daha bir sürücü sərnişin tərəfindən döyülüb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Babək rayonunda qeydə alınıb. Bu dəfə 49 nömrəli avtobusun sürücüsü sərnişin tərəfindən 8 ağır zərbə alıb.
Sürücünün sözlərinə görə, hadisənin baş verməsinə səbəb sərnişinin arxa qapıdan minib, kartı vurmaması olub:
"Mən arxa qapıdan minməyinə iradımı bildirdim. Həmin an məni təhqir elədi. Mən də acılayanda düşdü gəldi məni vurdu".
Faktla bağlı DİN-dən bildirildi ki, faktla bağlı araşdırılma aparılır. Həmin şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırılma aparılır.