AZ

Qazaxıstan Qırğızıstana qoşun göndərdi

BAKI, 16 sentyabr. TELEQRAF

Qazaxıstan Silahlı Qüvvələrinin hərbi kontingenti Mərkəzi Asiya Çevik Yerləşdirmə Qüvvələrinin bölmələri ilə “Yoxlama-2025” komanda-qərargah təlimində iştirak etmək üçün Qırğızıstana gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Qazaxıstanlı hərbçilər Tamçı kəndindəki hava limanına eniblər.

Nazirlik nümayəndələri hərbi qulluqçuları təntənəli şəkildə qarşılayıblar.

Seçilən
9
teleqraf.com

1Mənbələr