AZ

Şagirdin gündəliyinə də ehtiyac qalmayacaq

“Rəqəmsal məktəb” platforması bir neçə il ərzində bir sıra məktəblərdə testdən keçirilib. Bu il isə bütün Bakı məktəbləri “Rəqəmsal məktəb” platformasına qoşulub. Bu o deməkdir ki, sinif jurnalının doldurulması, sənədləşmələr və valideynlərlə ünsiyyət platforma vasitəsilə həyata keçiriləcək. Artıq şagirdin gündəliyinə də ehtiyac qalmayacaq”.

Ölkə.az Modern.az-a istinadən xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan “Günə davam” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu səsləndirib.

O bildirib ki, platformada qeydiyyatdan keçən valideynlər övladlarının nailiyyətləri və davranışı barədə operativ məlumat ala biləcəklər: “İstədikləri halda isə məktəb rəhbərliyi ilə chat vasitəsilə problemləri müzakirə etmək imkanı da yaranacaq. Bu platformada tez-tez konkret valideyn sualları ilə rastlaşırıq. Məncə, bu, daha şəffaf işləməyə kömək edir. Hər bir valideyn öz məktəbindəki problemləri birbaşa həmin məktəbin rəhbərliyi ilə müzakirə etmək imkanı qazanır”.

Seçilən
36
3
olke.az

4Mənbələr