AZ

İsrail ordusu Qəzzaya silsilə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri (IDF) 20 dəqiqəlik əməliyyatda Qəzzaya 37 zərbə endirib.

NOCOMMENT.az bildirir ki, bu barədə Ynet xəbər verir.

Zərbələr silsiləsində helikopterlərin də iştirak etdiyi vurğulanır.

Şəhər sakinləri qeyd ediblər ki, İDF partlayıcılarla dolu robotlar yerləşdirib, Apaçi helikopterləri isə havada dövrə vuraraq vaxtaşırı atəş açır.

Bundan əvvəl Axios portalı İsrail ordusunun hücumu barədə məlumat yayıb. İsrail ordusunun məqsədi Qəzza şəhərini tamamilə işğal etməkdir.

Seçilən
19
nocomment.az

1Mənbələr