AZ

Özbəkistan Prezidentindən çağırış: Təcili tədbir görülməlidir

BAKI, 16 sentyabr. TELEQRAF

Qətərin paytaxtı Dohada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Ərəb-İslam Sammitinin iştirakçılarına müraciəti oxunub.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov bildirib.

Dövlət başçısı bəyanatında Özbəkistanın Qətər xalqı və bütün müsəlman ölkələri ilə güclü həmrəyliyini ifadə edib, Yaxın Şərqdə sülh və təhlükəsizliyə təhlükə yaradan son hərbi əməliyyatları pisləyib.

“Özbəkistan ardıcıl olaraq bütün münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir və regional sabitliyə xələl gətirən istənilən hərəkəti qətiyyətlə pisləyir. Beynəlxalq ictimaiyyət zorakılığın dayandırılması və onun daha da genişlənməsinin qarşısının alınması üçün təcili tədbirlər görməlidir”, - Mirziyoyev qeyd edib.

Müraciətdə, həmçinin, ölkənin zərərçəkənlərə humanitar yardım göstərməyə hazır olduğu, habelə BMT qətnamələrinə uyğun olaraq Fələstin xalqının müstəqil dövlət qurmaq hüququna hörmət edilməsinin zəruriliyi vurğulanıb.

Seçilən
34
teleqraf.com

1Mənbələr