AZ

İtaliyanın müdafiə naziri: “Başqa ölkənin hücumunu dəf etməyə hazır deyilik”

İtaliya heç bir başqa ölkənin potensial hücumuna hazır deyil.

Herbiand.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Qvido Krozetto bildirib.

“Biz heç bir başqa ölkənin hücumuna hazır deyilik, mən bunu çoxdandır deyirəm. Hesab edirəm ki, əgər hansısa bir ağılsız bizə hücum etmək qərarına gəlsə, biz bu ölkəni müdafiə qabiliyyəti ilə təmin etməyə borcluyuq. Mən istənilən birindən danışıram”, - nazir deyib.

O qeyd edib ki, bu, son iki onillikdə ölkənin müdafiəsinə qoyulan kritik dərəcədə kiçik investisiyalarla bağlıdır: “İtaliya NATO-nun şərq cinahının müdafiəsinə ən böyük töhfə verən ölkələr sırasındadır. Ancaq bizim cənub cinahımız da var, ona görə də hesab edirəm ki, şərq cinahında bizim töhfəmiz kifayətdir”.

İtaliyanın müdafiə naziri həmçinin, Ukraynadakı münaqişə ilə bağlı beynəlxalq ictimaiyyətin yaxın həftələrdə sürətləndirilməsinə ümid etdiyini bildirib: “Biz mümkün olan hər şeyi etməliyik”.

İyulda Krozetto bildirmişdi ki, Rusiya NATO üçün birbaşa təhlükəyə çevrilə bilər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
30
7
herbiand.az

10Mənbələr