AZ

Bu gün "Qarabağ"ın U-19 komandası da avrokubokda mübarizəyə qoşulur

style='margin-bottom:10px;'>

Bu gün UEFA Gənclər Liqasının əsas mərhələsi start götürür.

QOL.az xəbər verir ki, Çempionlar Liqasının "Benfika" - "Qarabağ" matçı ilə yanaşı bu gün adları çəkilən klubların gənclərdən ibarət komandaları (U-19) da üz-üzə gələcəklər.

Oyun Bakı vaxtı ilə saat 14:00-da Lissabondakı "Kayşa Futeboç Kampuş" arenasında keçiriləcək.

Qeyd edək ki, "Qarabağ"ın U-19 komandasına veteran futbolçu Rəşad Sadiqov rəhbərlik edir.

Xatırladaq ki, Ağdam təmsilçisinin gənclər komandası yarışın Liqa mərhələsində ümumən 6 oyun keçirəcək.

"Benfika" - "Qarabağ" U-19 komandalarının oyununun keçiriləcəyi "Kayşa Futeboç Kampuş" arenası

Seçilən
27
3
teleqraf.com

10Mənbələr