AZ

Bu universitetlərdə akkreditasiya qiymətləndirilməsi keçirilib - SİYAHI

Cari ilin birinci yarısında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 6 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu fikirləri TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov bu gün təşkil olunan brifinqdə bildirib.

Onun sözlərinə görə qrafikə uyğun olaraq, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universitetində institusional akkreditasiya qiymətləndirilməsi təşkil edilib:

“Sözügedən müddət ərzində, həmçinin “Məktəbəqədərtəhsil” ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji Universiteti (əsas kampus və Ağcabədi, Cəlilabad, Quba, Şəki filialları), Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetində proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

Cari ilin ikinci yarısında isə Azərbaycan Əmək və Sosial MünasibətlərAkademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan DillərUniversiteti, Gəncə Dövlət Universiteti (təkrar akkreditasiya), həmçinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət PeşəTəhsil Mərkəzində institusional akkreditasiyaqiymətləndirilməsinin həyata keçirilməsi planlaşdırılır”.

Tural Əhmədov qeyd edib ki, bu ilin II yarısında “Məktəbəqədər təhsil” ixtisası üzrə Odlar Yurdu Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı SlavyanUniversiteti, Azərbaycan Dillər Universiteti, Bakı QızlarUniversiteti, Naxçıvan Müəllimlər İnstitutu və AzərbaycanDövlət Pedaqoji Universitetinin Şamaxı filialında proqram akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulur:

Həmçinin bu ilin II yarısında Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, ADPU-nun Şamaxı filialında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təkrar proqram akkreditasiya qiymətləndirilməsi keçiriləcəkdir”.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
52
11
musavat.com

10Mənbələr