AZ

Rusiyanın Ukraynaya hücumlarında 2 nəfər ölüb, 13 nəfər yaralanıb

Rusiyanın ötən gecə Ukraynanın Zaparojye bölgəsinə hücumu nəticəsində 1 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mikolayevə edilən hücumda 58 yaşlı traktor sürücüsü həyatını itirib.

Bundan başqa, Kiyev regionu, Xarkov, Sumı, Donetsk və Xersona da zərbələr endirilib.

Qeyd edilib ki, sentyabrda Rusiya Ukraynaya və bəzi Avropa ölkələrinə 3500-dən çox dron, 190-a yaxın raket və 2500-dən çox hava bombası sərf edib.

Ukrayna XİN Avropanın səmasının müştərək qorunması üçün çoxtəbəqəli havadan müdafiə sisteminin qurulmasına çağırıb.

Seçilən
24
4
apa.az

5Mənbələr