
Ermənistanın Respublika Partiyası sentyabrın 26-da parlament dinləmələrinin keçirilməsi təşəbbüsünü irəli sürüb. Onun gündəliyinə hakimiyyətin dəyişdirilməsi və onların ətrafında birləşməyin praktiki yolları məsələsi daxil edilib.
Reyting.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr edilən “Hraparak” qəzeti yazıb.
Nəşr bildirir ki, Serj Sarkisyanın tərəfdaşları daxili siyasi vəziyyətin həllini baş nazir Nikol Paşinyanın impiçmentində görür.
“Mənim şərəfim var” fraksiyası isə hesab edir ki, “Ermənistan” bloku fraksiyası ilə ortaq anlaşmaya və prosesləri birgə həyata keçirməyə hələ imkan var. Dinləmələrin necə keçiriləcəyi və həmkarların orada iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.
ELÇİN