AZ

Ançelotti: “Tiaqo Silva yenidən milliyə qayıda bilər”

Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti “Fluminense”nin 41 yaşlı müdafiəçisi Tiaqo Silvanın yenidən milliyə çağırıla biləcəyini istisna etməyib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bildirib ki, oyunçu seçərkən yaş önəm daşımır:

“Silvanı yaxşı tanıyıram. Əgər o, başqalarından üstündürsə, problem yoxdur. 40 yaşlı Modriç ötən mövsüm “Real”ın ən yaxşılarından biri idi. Maldini də 40 yaşında Çempionlar Liqasının qalibi olmuşdu”.

Qeyd edək ki, Tiaqo Silva 2022-ci ildən Braziliya millisində oynamır.

 

Seçilən
43
1
idmanxeber.az

2Mənbələr