AZ

Mühəndislik ixtisasında namizədlərin cəmi 21%-i uğurlu olub

Mühəndislik ixtisasında peşə imtahanında namizədlərin böyük əksəriyyəti uğursuz olub

AzEdu.az xəbər verir ki, bu barədə media üçün təşkil edilmiş brifinqdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov məlumat verib.

Sədr bildirib ki, 23 iyun 2025-ci il tarixində TKTA-nın sifarişi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən “Mühəndislik” ixtisası üzrə keçirilən peşə imtahanında 89 nəfər iştirak edib. İmtahan nəticəsində yalnız 19 nəfər (21%) uğurlu, digər 70 nəfər (79%) isə uğursuz olub.

Xüsusən, “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasında 23 nəfərdən yalnız 1 nəfər (4%) uğurlu olub, qalan 22 nəfər (96%) uğursuz nəticə göstərib. “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasında isə 31 iştirakçıdan cəmi 4 nəfər (12%) uğurlu olub, qalan 27 nəfər (88%) imtahanda uğursuz çıxıb.

Tural Əhmədov əlavə edib ki, uğursuz nəticələrin əsas hissəsi Ukrayna, Belarus və Rusiya ali təhsil müəssisələrinin məzunlarının payına düşür.

Seçilən
52
1
azedu.az

2Mənbələr