AZ

Rubio: HƏMAS-ın atəşkəs razılaşmasını qəbul etməsinə cəmi günlər qalıb

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İsrail Qəzzanı bombalamağa davam edir və HƏMAS-ın atəşkəs razılaşmasını qəbul etməsi üçün vaxt daralır.

Turkustan.az xəbər verir ki, İsraildən Qətərə yola düşərkən jurnalistlərə açıqlama verən Rubio, "İsraillilər orada əməliyyatlara başlayıblar. Ona görə də anlaşmanın reallaşması üçün çox qısa bir müddətimizin olduğunu düşünürük. Artıq aylarımız yoxdur; yəqin ki, yalnız günlərimiz, bəlkə də bir neçə həftəmiz var" dedi.

Rubionun bəyanatları dinc əhalinin İsrailin intensiv hava hücumları altında həyatını itirdiyi bir vaxta təsadüf edir.

İsrailin "hərbi əməliyyatlar" kimi qələmə verdiyi hücumlar Qəzzada humanitar böhranı dərinləşdirir və beynəlxalq ictimaiyyətin artan reaksiyalarına səbəb olur.

Bu arada, “Jerusalem Post” qəzetinin məlumatına görə, İsrail ordusu Qəzza şəhərinə qarşı yeni qurudan hücuma başlayıb.

İsrail mənbələrinə əsaslanan hesabatda tankların şəhərə girməyə başladığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
2
turkustan.az

3Mənbələr