AZ

Hindistanda təbii fəlakət: Körpü sel sularına qərq oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hindistanın Manipur ştatında fasiləsiz yağan leysan nəticəsində dəhşətli daşqınlar davam edir. Tubal çayı üzərindəki strateji əhəmiyyətli körpü güclü sel sularının təzyiqinə tab gətirməyərək tamamilə dağılıb.
Oxu.Az bu barədə "360.ru"nun "Telegram" kanalına istinadla xəbər verir.
Bununla bağlı yayılan kadrlardan görünür ki, konstruksiya şiddətli daşqın səbəbindən çökərək sel sularına qarışıb.
Qeyd edək ki, Hindistanda muson mövsümü ilə başlayan yağışlar Assam, Arunaçal-Pradeş, Meqhalaya, Manipur, Tripura, Naqaland, Mizoram ştatlarında torpaq sürüşmələrinə və qəfil daşqınlara səbəb olub, regionda həyatı əhəmiyyətli dərəcədə çətinləşdirib, bir neçə yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsindən tamamilə təcrid olunub. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 40-dan çox insan həyatını itirib.
Seçilən
67
oxu.az

1Mənbələr