AZ

"Unibank" neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir 

"Unibank" neft sənayesində çalışanlar üçün xüsusi kampaniya elan edib.

"Unikal" xəbər verir ki, sentyabrın 23-dək davam edən kampaniya çərçivəsində bütün neft sektoru işçiləri nağd kreditləri 0% komissiya ilə rəsmiləşdirə biləcəklər.

Kampaniya müddətində neftçilər “Unibank”dan 50 000 AZN-dək nağd krediti illik 9,5%-dən başlayan faiz dərəcəsi ilə 60 ayadək müddətə əldə edəcəklər.

Unibank bu təşəbbüslə ölkənin strateji sahəsində çalışan əməkdaşlara dəstəyini bir daha nümayiş etdirir. Komissiyasız kredit imkanı neft sektoru işçilərinin planlarını daha sərfəli şərtlərlə reallaşdırmasına şərait yaradacaq.

Üstəlik, kampaniya digər banklardakı kreditlərinizi “Unibank”a gətirmək imkanı da yaradır. Bununla ödənişlərinizi hər ay yalnız bir dəfə, daha rahat və sərfəli şəkildə edə biləcəksiniz.

Kampaniyanın üstünlükləri:

  • 0% komissiya;

  • illik 9.5%-dən başlayan faizlə kredit;

  • 50 000 AZN-dək məbləğ;

  • zamin tələbi yoxdur;

  • 60 ayadək ödəniş müddəti;

  • sürətli və rahat rəsmiləşdirmə;

  • müştərinin istəyinə görə kredit həyat sığortası.

Krediti banka gəlmədən sifariş etmək imkanı:

  • 055 457 81 17 WhatsApp nömrəsinə yazaraq;

  • “Kredit” sözünü SMS ilə 8117-yə göndərərək;

  • Bankın saytından onlayn müraciət etməklə: https://unbk.az/nagdkredit.

"Unibank" - Sənin Bankın!

Seçilən
17
32
unikal.az

10Mənbələr