AZ

"SİMA İmza" tətbiqinin yüklənilmə sayı beş milyonu ötüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"SİMA İmza" mobil tətbiqinin yüklənilmə sayı cari ilin ilk səkkiz ayında iki milyona yaxın artaraq beş milyonu ötüb.
Hazırda təhsil, səhiyyə, vergi, gömrük, ədliyyə, məşğulluq, maliyyə və digər sahələrdə "SİMA İmza"dan gündəlik istifadə edilir. Yeni nəsil rəqəmsal imzanı öz xidmətlərinə inteqrasiya etmiş qurumların sayı isə 90-a yaxındır.
Təkcə, "mygov ID" üzərindən 200-dən çox hökumət portalına "SİMA İmza" vasitəsilə daxil olmaq mümkündür. Bu isə vətəndaşlara elektron xidmətlərdən daha rahat, çevik və etibarlı şəkildə yararlanmaq imkanı yaradır.
"SİMA İmza" haqqında
SİMA yeni nəsil rəqəmsal imza "AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" tərəfindən 2022-ci ildə yaradılıb. Rəqəmsal imzanı əldə etmək üçün xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən "SİMA İmza" mobil tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir. "SİMA İmza" vətəndaşlar üçün tam ödənişsizdir. "SİMA İmza"nın vətəndaş, fərdi sahibkar, hüquqi şəxs və dövlət qurumu həlli artıq istifadəyə verilib. Hazırda sahibkarlar və hüquqi şəxslər "SİMA İmza" tətbiqində "6AYPULSUZ" promokodu ilə sahibkar imzasından 6 ay müddətinə ödəniş etmədən istifadə edə bilərlər.
Ətraflı məlumat üçün:
"157" çağrı mərkəzi
Veb-sayt: sima.az
Seçilən
65
11
oxu.az

10Mənbələr