AZ

Daha bir güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha bir güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, 57 kiloqramda çıxış edən qadın güləşçi Jalə Əliyeva qüvvəsini sınayacaq.

Yarışa 1/8 finaldan başlayacaq idmançının rəqibi hələlik bəlli deyil.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçilərindən Giorgi Meşvildişvili (125 kiloqram) gümüş, Nürəddin Novruzov (61 kiloqram), Arseni Cioyev (86 kiloqram) və Osman Nurməhəmmədov (92 kiloqram) bürünc medal qazanıblar.

Dünya çempionatına sentyabrın 21-də yekun vurulacaq.

Seçilən
47
fanat.az

1Mənbələr