AZ

Nazir: “SİMA İmza” mobil tətbiqi 5 milyon yüklənməyə çatıb

Azərbaycanın rəqəmsal ekosistemində önəmli layihələrdən biri olan “SİMA İmza” mobil tətbiqi 5 milyon yüklənmə həddini keçib.

Ölkə.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkədə paylaşım edib. Nazir qeyd edib ki, bu nailiyyət “SİMA İmza”nın vətəndaşlar, sahibkarlar, hüquqi şəxslər və dövlət qurumları arasında rəqəmsal ünsiyyətin etibarlı və effektiv vasitəsinə çevrildiyini göstərir.

Hazırda təhsil, səhiyyə, vergi, gömrük, ədliyyə, məşğulluq, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın qurumun xidmətlərinə “SİMA İmza” inteqrasiya olunub.

Rəşad Nəbiyev əlavə edib ki, ödənişsiz şəkildə və heç yerə getmədən rəqəmsal imza əldə etmək hər bir vətəndaş üçün, xüsusilə də ucqar bölgələrdə yaşayan şəxslər üçün elektron xidmətlərə əlçatanlığı artırır.

Nazir layihənin reallaşmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Seçilən
52
6
olke.az

10Mənbələr