AZ

“Qarabağ çətin sınaq qarşısınıda Benfika”nı məğlub etmək mümkündürmü?

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan çempionu "Qarabağ" bu gün Çempionlar Liqasının ilk matçında səfərdə Portuqaliya nəhəngi “Benfika” ilə qarşılaşacaq. Görüş Lissabonun möhtəşəm “Estadio da Luz” stadionunda keçiriləcək və həm meydan sahibləri, həm də təmsilçimiz üçün mövsümün gedişatına təsir edəcək mühüm sınaq olacaq.

Portuqaliya çempionatında yaxşı start götürən “Benfika” hazırda həm oyun intizamı, həm də heyət dəyəri baxımından "Qarabağ"-dan qat-qat üstün görünür. Klubun ümumi bazar dəyəri 370 milyon avro civarında qiymətləndirilir. 

Digər tərəfdən, “Qarabağ” hər il Avropa səhnəsində təcrübəsini artırsa da, maliyyə və kadr imkanları baxımından rəqiblə müqayisədə xeyli geridədir. Komandanın bazar dəyəri təxminən 24 milyon avro təşkil edir. Qurban Qurbanovun yetirmələri bu cür çətin oyunlarda daha çox kollektiv oyuna, intizama və əks-hücum strategiyasına güvənirlər. 

Oyun öncəsi ən real ssenari belə görsənir ki, “Benfika” meydan sahibi üstünlüyünü istifadə edib matçın əvvəlindən oyunun ritmini ələ almağa çalışacaq, “Qarabağ” isə sıx müdafiə və sürətli kontrataklarla şans axtaracaq. Statistik göstəricilər və heyət gücü nəzərə alındıqda portuqaliyalıların qələbə ehtimalı daha yüksəkdir. Analitiklər “Benfika”nın 2:0 və ya 3:0 hesabı ilə qalib gəlməsini real proqnoz kimi görürlər.

Bununla belə, futbol gözlənilməzliklərlə zəngindir. “Qarabağ”ın əsas üstünlüyü komandanın intizamlı oyunu və Avropada son illərdə qazandığı təcrübədir. Sürətli əks-hücumlar zamanı "Benfika"nı cəzalandırmaq mümkündür. 

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
azpolitika.info

1Mənbələr