AZ

"Deloitte" Azərbaycanda 2024-cü ildə xarici ticarətin inkişafı ilə bağlı göstəriciləri təqdim edib

Bakı. Trend:

2024-cü ildə Azərbaycanın ixracı 11 faiz azalaraq, 26,3 milyarddollara enib. Lakin idxal 22 faiz artıb ki, bu da ötən illəmüqayisədə xarici ticarətin müsbət saldosunun azalmasına gətiribçıxarıb.

Trend bu barədəaudit və digər peşəkar xidmətlərin göstərilməsi üzrə dünyanınaparıcı şirkətlərdən olan “Deloitte” şirkətinə istinadən xəbərverir.

Qeyd olunub ki, Azərbaycanın idxal strukturunda əsaskateqoriyaları maşınlar və elektrik avadanlıqları təşkil edir (ümumi həcmin 18%-i və ya 3,873 milyard dollar). Nəqliyyatvasitələri və onların ehtiyat hissələrinə düşən pay 12% (2,594milyard dollar), həmçinin kimya məhsullarına düşən pay 12% (2,427milyard dollar) təşkil edib.

Şirkətin hesablamalarına görə, idxalın əhəmiyyətli hissəsinikənd təsərrüfatı məhsulları -6% (1,178 milyard dollar), metallar –5% (1,113 milyard dollar) təşkil edib. Qalan mallar isə idxalındemək olar ki, yarısını – 47% və ya 9,874 milyard dolları təşkiledərək ümumi idxal həcmini 21,058 milyard dollara çatdırıb.

Məlumata əsasən, Azərbaycanın ixrac strukturunda əsas yeri neftməhsulları tutur -ümumi həcmin 88,7%-i və ya 23,566 milyard dollar.Kənd təsərrüfatı məhsullarının payı ixracın 4,1%-ni (1,095 milyarddollar), kimya məhsulları 1,3%-ni (0,347 milyard dollar), metallar1,1%-ni (0,289 milyard dollar), digər mallar isə 4,7%-ni və ya1,257 milyard dolları təşkil edib. Kateqoriyalar üzrə ümumi ixrachəcmi 26,554 milyard dollar olub.

“2024-cü ildə Azərbaycanın əsas qeyri-enerji ixrac məhsullarınınümumi dəyəri əvvəlki illə müqayisədə 7,3% azalıb. Bu azalmayabaxmayaraq, qızıl (+30,1%), pambıq (+44,7%) və pomidor (+8,3%) ənyüksək mütləq artım göstərən üç ixrac məhsulu olub ki, bu da həmkənd təsərrüfatı, həm də mədənçilik sektorunda güclü göstəricilərinolmasını vurğulayır. Ümumi azalma əsasən elektrik enerjisiixracının 76,6% kəskin azalması ilə bağlı olub.

Ötən il qeyri-enerji sektorunun ixracında beş əsas idxalçı ölkəarasında müxtəlif meyllər müşahidə edilib. Rusiya və İsveçrəmülayim artım göstərdiyi halda, Türkiyə və Gürcüstana ixrac azalıb,Qazaxıstana göndərişlər isə nəzərəçarpacaq dərəcədə artıb”, - deyəməlumatda qeyd olunub.

Məqalədə:
Seçilən
18
az.trend.az

1Mənbələr