AZ

Vəkillərin vəzifələri artırılır

Vəkillərin vəzifələri artırılır.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Vəkillər Kollegiyasına üzv olduğu dövrdə vəkil:

  • üzvlük haqqını hər ay ödəməlidir;
  • normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada və hallarda hüquqi yardım haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına hüquqi yardım göstərməlidir;
  • il ərzində minimal icbari tədris saatlarını toplamalıdır;
  • Vəkillər Kollegiyası orqanlarının bu Qanuna əsasən müəyyən etdiyi qaydalara əməl etməli və həmin orqanların qəbul etdiyi qərarları icra etməlidir.
Seçilən
25
6
day.az

7Mənbələr