AZ

Fransız reqbiçi rəqibini dişlədiyi üçün diskvalifikasiya edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransalı qadın reqbiçi Aksel Bertumye rəqibini dişlədiyi üçün 12 oyunluq diskvalifikasiya olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Hadisə reqbi üzrə Dünya Kubokunun pley-off mərhələsində baş verib. Sentyabrın 14-də İrlandiya komandası ilə qarşılaşmada futbolçu Luis Suaresin fanatı olduğu deyilən fransız xanım Aifa Ueyferi dişləyib.
Həmin oyunda Fransa yığması 18:13 hesabı ilə qalib gəlib.
Pozuntulara Nəzarət üzrə Müstəqil Komitə bu epizodu diqqətdən kənarda qoymayıb. Bertumye rəqibindən üzr istəsə də, 12 oyunluq diskvalifikasiya edilib.
Bertumye hazırkı dünya çempionatında komandasına kömək edə bilməyəcək. Fransızlar yarımfinalda İngiltərə komandası ilə qarşılaşacaqlar.
Seçilən
95
1
oxu.az

2Mənbələr