AZ

Rubio: Qətərlə hərbi əməkdaşlıq razılaşması əldə etməyimizə az qalıb

Rubio:

Qətər və ABŞ ətraflı bir hərbi əməkdaşlıq razılaşmasının imzalanması prosesini yekunlaşdırmaq üzrədir.

APA "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio İsraildən Qətərə gedərkən jurnalistlərə açıqlamasında bildirib.

Rubio Qətəri bir daha İsrail və HAMAS arasında vasitəçilik rolunu davam etdirməyə çağırıb.

“Burada vasitəçilik edə biləcək bir ölkə varsa, o da yalnız Qətərdir”, - ABŞ dövlət katibi vurğulayıb.

O, ABŞ-ın Qətərlə yaxın tərəfdaşlığının olduğunu qeyd edib: “Əslində, bizim geniş bir hərbi əməkdaşlıq razılaşmamız var ki, üzərində bir müddətdir işləyirik. Artıq yekunlaşdırmaq mərhələsindəyik”, - Rubio qeyd edib.

Seçilən
17
5
xalqcebhesi.az

6Mənbələr