AZ

On ildir xəstəliklə mübarizə aparırdı Xalq artisti Hacı Murad Yagizarovun qardaşı.

ain.az, Kulis.az saytına istinadən bildirir.

“On ildir xəstəliklə mübarizə aparırdı, çox təəssüf, biz onu itirdik”.Kulis.az APA-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Hacı Murad Yagizarovun qardaşı Rəsul Yagizarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu müddət ərzində qardaşı kifayət qədər dəstək və qayğı görüb: “Bu mənada, ona diqqət və qayğı göstərən hər kəsə təşəkkür edirəm”.

Rəsul Yagizarov Azərbaycan mədəni ictimaiyyətinə bu ağır itki ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, onun nəşi bu gün Azərbaycan dövlətinin dəstəyi ilə Vətənə gətiriləcək. Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra görkəmli sənətkarın nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Yarın yatar hər axşam qoynunda yaylığınla... – Mir Kamilin şeirləri

"Kamançama onlar xəyanət elədi" - Habil Əliyev Alim Qasımovu niyə qəbul etmirdi?

Kəramət Böyükçöl: "Əlacım olsaydı, Polat Alemdar kimi üzümün dərisini dəyişdirərdim" - Müsahibə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
1
kulis.az

2Mənbələr