AZ

Səidə Bəkirqızı ilə “CANLI DEBAT” – günün ən SENSASİON SÖHBƏTİ TV MÜSAVATda

Son günlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri məcburi köçkünlərlə bağlı jurnalist-aparıcı Səidə Bəkirqızının dedikləridir. Günlərdir davam edən polemikada gəldiyimiz nöqtə isə insanlarımız arasında bu məsələdə bir parçalanma yaşanmasıdır.

Bir qism məcburi köçkünlərin zamanında girdikləri evdən çıxmalarının vacibliyini, digər qism isə hələ köç prosesinin Qarabağın bəzi bölgələrinə şamil olunmadığı üçün bütün məcburi köçkünlərin hədəfə gətirilməsinin yanlış olduğunu bildirdi.

Bu məsələnin böyüməsi, arxasınca isə jurnalistin çalışdığı media orqanı olan mediaturk TV-dən və Space TV-dən ayrılması müzakirəni daha da alovlandırdı.

Əslində nə baş verir? Jurnalistin fikirləri yanlış anlaşılıb, kontekstdən çıxarılıb, yoxsa təhrif olunub? S.Bəkirqızı o fikirləri səsləndirərkən nəyi nəzərdə tutub? Bu fikirlərin cəmiyyətdə qarşıdurma yaratması nələrə səbəb ola bilər?

Bu sualların cavabını bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Seçilən
19
musavat.com

1Mənbələr