AZ

Bu xəstəliyin əlamətləri ağrı, hərəkətdə sərtlik, oynaq nahiyəsində şişkinlik və xırıltıdır

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Oturaraq yaşam tərzi, kompüterləşmə və qadcetlərə həddindən artıq maraq artrozun daha gənc yaşlarda diaqnoz edilməsinə səbəb olur

Redaktor.az xəbər verir ki, bu haqda travmatoloq Pavel Semichenkov lenta.ru-ya müsahibəsində deyib.

Həkimin sözlərinə görə, artroz xroniki, degenerativ oynaq xəstəliyidir və qığırdaq toxumasının zədələnməsi ilə müşayiət olunur. Onun əsas əlamətləri isə ağrı, hərəkətdə sərtlik, oynaq nahiyəsində şişkinlik və xırıltıdır.

Mütəxəssis qeyd edib ki, artıq artrozun erkən yaşlarda yaranması müşahidə olunur. Bunun səbəbləri arasında oturaq həyat tərzi nəticəsində əzələ korsetinin düzgün işləməməsi, artıq çəkinin oynaqlara əlavə yük yaratması və qığırdağın sürətli zədələnməsi, eləcə də onurğa sütununda deformasiyanı sürətləndirən duruş pozğunluqları dayanır.

Semichenkovun fikrincə, profilaktik tədbirlərə həyat tərzinin dəyişdirilməsi fiziki aktivliyin artırılması, çəkini normada saxlamaq, rasional qidalanma və düzgün qamətin qorunması daxildir. O əlavə edib ki, uğurlu müalicə üçün xəstəliyin erkən diaqnostikası çox vacibdir.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
redaktor.az

2Mənbələr