AZ

Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR

Sentyabrın 14-də Xankəndi şəhərində insident törətməyə çalışan Avanesyan Karen Albertoviç haqqında yeni detallar bəlli olub.

Turkustan.az xəbər verir ki, bununla bağlı “Hraparak” qəzeti araşdırma aparıb.

Nəşr Karen Avanesyanın fotosundan istifadə edərək yerli sakinlərə onun haqqında sual ünvanlayıb.

Gümrüdən olan hüquq müdafiəçisi Karapet Poqosyan bildirib ki, Karen Avanesyanın uşaqlığı çətin keçib:

“O, erkən yaşda anasını itirib, məktəbdə zəif oxuyub, lakin sonradan iki universiteti fərqlənmə diplomu ilə bitirib. Bir neçə dildə sərbəst danışıb. Kareni qapalı və ünsiyyətcil olmayan biri kimi tanıyırlar”.

Qarabağdakı keçmiş qondarma rejimin deputatı Metakse Akopyan isə Avanesyan Karenin guya psixi problemlərinin olduğunu qeyd edib.

Xatırladaq ki, Avanesyan Karen Xankəndidə 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış erməni əsilli şəxs tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, Avanesyan Karen Albertoviçin psixi problemlərinin olması inandırıcı deyil. Belə ki, o daha əvvəl verdiyi müsahibədə kifayət qədər adekvat cümlələr qurub və özünü həm müdafiə, həm də kamuflyaj etməyə çalışıb. /Globalinfo.az/

Seçilən
42
1
turkustan.az

2Mənbələr