AZ

Almatıda elektrik enerjisi tarifləri 20% artırılacaq – ÖZƏL

1 oktyabr 2025-ci ildən etibarən Almatı vilayətində elektrik enerjisi tarifləri təxminən 20% bahalaşacaq. Yeni qiymət hər kilovat-saat üçün 31,85 tenqədən 38,1 tenqəyə yüksələcək. 

Olaylar.az xəbər verir ki, bu barədə ArbatMedia məlumat yayıb.

Təbii inhisarların tənzimlənməsi departamentindən bildirilib ki, qiymət artımı "Alatau Jaryq Company" və KEGOC-un operator xidmətlərinə çəkilən əlavə xərclərlə, həmçinin kompensasiya rüsumunun tətbiqi ilə əlaqədardır.

15 sentyabr 2025-ci ildə "Alatau Jaryq Company"nin "EnergoSbyt" filialının qiymət artımı ilə bağlı müraciətinin müzakirəsi üçün ictimai dinləmələr keçirilib. Dinləmələrdə səsləndirilən irad və təkliflər nəzərə alınmaqla qərarın qanunvericilikdə müəyyən olunmuş müddətdə qəbul ediləcəyi qeyd olunub.

Xatırladaq ki, Almatıda sonuncu dəfə elektrik enerjisinin qiyməti 2025-ci ilin iyulunda 15% artırılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr