"Oscar"lı aktrisa Şarliz Teronun başına iş gəlib.
Avtosfer.az xəbər verir ki, onun Los-Ancelesdəki evindən oğurluq edilib. Aktrisanın həyətindən bahalı "BMW" markalı maşını oğurlanıb.
Kameralara düşən görüntlərdən oğurluğu bir neçə nəfərin etdiyi məlum olub.
Los-Anceles polisi dərhala hərəkətə keçərək oğruları yaxalamağa nail olub.
Teron Los-Ancelesdə çoxalan oğurluq hadisələrinin qurbanlarından biri olub. Bundan əvvəl Treys Ellis Ross və Bred Pitt də eyni xəbərlə gündəmə gəlmişdi.