AZ

Sertifikasiya: müəllimlərin müsahibəsi bu həftədən başlayır

Təxminən 20 min müəllim sertifikasiyanın müsahibə mərhələsində iştirak edəcək.

AzEdu.az xəbər verir ki, bu fikirləri Real TV-nin efirində yayımlanan “Real İntervyu” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

Direktor qeyd edib ki, sertifikasiyadan uğurla keçən müəllimlərin müsahibəsi yaxın günlərdə başlayır:

"Sertifikasiyadan müvəffəqiyyətlə keçmiş müəllimlərin müsahibə prosesi başlamaq üzrədir. Bu həftədən etibarən müəllimlər müsahibəyə dəvət olunacaq. Təxminən oktyabrın sonuna qədər bütün proses tamamlanması planlaşdırılır".

 

 

 

 

 

Seçilən
34
azedu.az

1Mənbələr