AZ

Bakı yağışa hazırdırmı?

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Bakıda güclü yağışlar zamanı ən çox narahatlıq yaradan məsələlərdən biri küçələr və tunellərin su basması riskidir. Mövcud infrastruktur, atılan addımlar və yarana biləcək təhlükələr isə ictimaiyyətdə suallar doğurur. 

Bəs Bakı yağışa hazırdır?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, həm yağış, həm də tullantı sularının maneəsiz ötürülməsi üçün kanalizasiya kollektorları müntəzəm yuyulur:

"Ərazilər üzrə mövcud olan avadanlıqlar təmizlənir".

Qurumdan bildirildi ki, bütün bunlara baxmayaraq hər bir kollektorun öz daşıma həcmi var. İntensiv yağışlarda kollektorlar yüklənə bilir. Bakı şəhərinin 2040-cı il baş planı şəhər ərazisində yağış suları boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq müxtəlif ərazilərdəki yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsi ilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiyadan prosesindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək.

Aysel Əkbər

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
news.milli.az

2Mənbələr