AZ

KİV: Qərb Hindistanın “Qərb-2025” təlimlərində iştirakından narahatdır

KİV: Qərb Hindistanın “Qərb-2025” təlimlərində iştirakından narahatdır

Hindistan hərbçilərinin Rusiya və Belarusun birgə keçirdiyi “Qərb-2025” təlimlərinə qatılması Qərbdə narahatlıq yaradıb.

AFN.az xəbər verir ki, bu barədə "The Times" yazıb. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 10-da 65 nəfərlik hərbi kontingent təlimlərdə iştirak üçün yola salınıb. Qərb analitikləri hesab edirlər ki, bu addım Rusiya ilə NATO arasında gərginliyin artdığı dövrdə ciddi siqnal kimi qiymətləndirilir.

ABŞ-ın keçmiş dövlət katibinin köməkçisi, geostrateji məsləhətçi David Merkel bildirib ki, Hindistanın qərarı Moskva ilə münasibətlərə önəm verdiyini göstərir. Onun sözlərinə görə, bu, Vaşinqtonla Dehlinin təhlükəsizlik sahəsində gələcək əməkdaşlığına şübhə yaradır.

“Qərb-2025” strateji təlimləri sentyabrın 12-də başlayıb. Təlimlər Rusiya və Belarusun hərbi əməkdaşlığının yekun mərhələsi kimi həm iki ölkənin ərazisində, həm də Baltik və Barens dənizlərində keçirilir. Təlimlərə KTMT, ŞƏT və digər tərəfdaş ölkələrin nümayəndələri də cəlb olunub.

Seçilən
32
afn.az

1Mənbələr