AZ

Mütəxəssislər xəbərdarlıq edir - Faydalı sandığınız bu qidalar saç tökülməsinə səbəb olur

Saç tökülməsi milyonlarla insanı narahat edən ümumi bir problemdir. Genetik və hormonal faktorlarla yanaşı, pəhriz də saçın sağlamlığında mühüm rol oynayır. Mütəxəssislər qeyd edirlər ki, bəzi qidalar saç tökülməsini sürətləndirə bilər, digərləri isə saçları gücləndirir.

Qazlı içkilər, rafine karbohidratlar və həddindən artıq qoz-fındıq istehlakı saç tökülməsini artıran amillərdəndir. Keçən ay edilən bir araşdırma, həddindən artıq qazlı içki istehlakının keçəlliyə səbəb ola biləcəyini irəli sürdü. İndi mütəxəssislər ağ çörək, makaron və emal edilmiş şəkərlə olan qidaların oxşar risk daşıdığını qeyd edirlər.


Manset.az Daily Mail-ə istinadən bildirir ki, dermatoloq doktor Elli Rəşid saç sağlamlığı üçün qidalanmanın vacibliyini xüsusi vurğulayıb. 

"Vacib qida maddələrinin çatışmazlığı saçların qırılmasına, seyrəlməsinə və saç tökülməsinə səbəb ola bilər. Məsələn, dəmir çatışmazlığı saçların uzanmasına mane olur, D vitamini çatışmazlığı isə saçların zəifləməsinə səbəb olur".

Rəşid, xüsusilə, dəmir, sink, D vitamini və fol turşusu çatışmazlığını yoxlamağı və pəhriz vasitəsilə onlara dəstək olmağı tövsiyə edir. Qırmızı ət, mərcimək, ispanaq və kələm zəngin dəmir qaynaqlarıdır; günəş işığı və əlavələr D vitamininin zəngin mənbələridir; balqabaq və küncüt isə zəngin sink mənbəyidir.

Seçilən
48
manset.az

1Mənbələr