AZ

QHT sədri: “Çətin vəziyyətdə olan uşaqlar və ailələr üçün uzunmüddətli dəstək göstəririk”

"Ümidli Gələcək" Gənclər İctimai Birliyi çətin həyat vəziyyətində olan uşaqlar, qadınlar və ailələr üçün uzunmüddətli, sistemli dəstək göstərir.

QHT.az xəbər verir ki, bu barədə "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri və Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumovabildirib. Onun sözlərinə görə, təşkilat yalnız ünvanlı yardımla kifayətlənmir, eyni zamanda hüquqi, psixoloji dəstək, təhsil təşəbbüsləri, məşğulluq proqramları və cəmiyyətə inteqrasiyanı təmin edir:

"Qaynar xətləri vasitəsilə zorakılıq qurbanlarına və böhran vəziyyətində olan uşaqlara gecə-gündüz yardım göstərilir. Məqsəd yalnız problemi həll etmək deyil, insanların gələcəyə inamla baxdığı, sabit və etibarlı mühit yaratmaqdır. Təşkilat dövlət qurumları ilə əməkdaşlıq edir, rəqəmsal alətlərdən istifadə edir və sosial cəhətdən həssas qrupları maarifləndirərək, onların həyat şəraitini davamlı olaraq yaxşılaşdırır. Həmçinin gənclər üçün yaradıcı təlim və kurslar təşkil etməklə sosial və peşə bacarıqlarının inkişafına dəstək olur".

 

Pərvanə Fərhadqızı

Seçilən
14
qht.az

1Mənbələr