Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb:
"Pərakəndə ticarət dövriyyəsində diqqəti çəkən əsas məqamlardan biri əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına xərclənən vəsaitlərdəki artımdır. Bu müddətdə dərman peraparatları və tibbi ləvazimatların alınmasına vətəndaşlarımızın xərclədiyi vəsaitin məbləği rekord səviyyədə- 21 faiz artıb. Bu o deməkdir ki, dərman və tibbi ləvazimatların alınmasına həmin müddətdə əvvəlki ilin uyğun dövrü ilə müqayisədə vətəndaşlarımız 210 milyon manat daha çox vəsait xərcləməli olublar. Bu isə kifayət qədər ciddi rəqəmdir".
"Əczaçılıq məhsulları üzrə xərclərin artması dərman pereparatlarının qiymətlərindəki dəyişikliklər və eləcə də tibbi xidmətlərə tələbin yüksəlməsi ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehlak malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə tibbi xidmətlərin qiyməti də artım qeydə alınıb. Bu isə o deməkdir ki, tələbin artması ilə yanaşı tibbi xidmətlərdə qiymət artımları da davam edib.
10Mənbələr
-
olke.azDərman xərclərimiz niyə kəskin artır? ( 21403843)
-
yenilik.azDərman xərclərimiz niyə kəskin artır? ( 21398311)
-
Ajans.azDərman xərcləri niyə kəskin artıb? - AÇIQLAMA ( 21395458)
-
unikal.azDərman xərcləri niyə kəskin artıb? - AÇIQLAMA ( 21395119)
-
e-saglam.azDərmanlar Niyə bu qədər bahalaşıb? ( 21393592)
-
adalet.azDərman xərclərimiz niyə kəskin artır? ( 21389254)
-
modern.azDərman xərclərimiz niyə kəskin artır? ( 21389218)
-
cebheinfo.azDərman və tibbi xidmət bahalaşıb: Xərclərimiz kəskin artır ( 21388192)
-
demokrat.azDərman xərclərimiz niyə kəskin artır? ( 21387712)
-
tribunainfo.azDərmana niyə bu qədər çox pul xərcləyirik? ( 21387541)