AZ

Cinayət Məcəlləsindəki "xeyli", "külli miqdar" anlayışlarının həcmi artırılır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rəqabət qanunvericiliyinin pozulması ilə bağlı vurulan ziyana görə Cinayət Məcəlləsindəki xeyli, külli miqdar anlayışlarının həcmi dəyişdirilir, xüsusilə külli miqdar anlayışı əlavə edilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı adıçəkilən məcəlləyə dəyişiklik edilməsi təklif olunur.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan sənədə əsasən, rəqabəti məhdudlaşdırmağa görə vurulan ziyan "xeyli miqdar" dedikdə 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə 500 min manatdan yuxarı, lakin bir milyon manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə isə bir milyon manatdan yuxarı olan məbləğ başa düşülür.
Hazırkı qanunvericiliyə a görə, "xeyli miqdar" dedikdə 10 min manatdan 50 min manatadək olan məbləğ, "külli miqdar" dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülürdü.
Bundan başqa, rəqabəti məhdudlaşdırmağa görə məsuliyyət qanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, bu cür uyğunlaşdırılmış hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə yaranacaq.
Seçilən
24
4
oxu.az

5Mənbələr