AZ

Dünya çempionu olmuş futbolçu karyerasını bitirdi

Fransa millisinin və “Barselona”nın sabiq müdafiəçisi Samuel Umtiti karyerasını başa vurduğunu açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı oyunçu sosial şəbəkədə paylaşım edərək bütün klublara və çalışdığı insanlara təşəkkür edib:
“Enişli-yoxuşlu karyeradan sonra futbolla vidalaşmağın vaxtıdır. Heç nəyə görə peşman deyiləm”.

Qeyd edək ki, Umtiti son olaraq Fransanın “Lill” klubunda çıxış edib. O, 2018-ci ildə Fransa yığması ilə dünya çempionu olub.

 

Seçilən
21
idmanxeber.az

1Mənbələr