AZ

Bakının 2 rayonunda qaz KƏSİLİR

Bu gün paytaxtın Sabunçu və Xəzər rayonun qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz"dan Redaktor.az-a verilən məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması, siyirtmənin quraşdırılması və yeni çəkilmiş qaz kəmərinin mövcud şəbəkəyə qoşulması, eləcə də Sabunçu rayonu, Zabrat qəsəbəsi və Kürdəxanı kəndini təbii qazla təmin edən qaz xəttində aşkar olunmuş sızmaların ləğvi ilə əlaqədar 16.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək Binə qəsəbəsi Südçülük sovxozu adlanan ərazinin və Əli İsazadə küçəsinin, həmçinin Sabunçu rayonu, Zabrat qəsəbəsi və Kürdəxanı kəndinin qaz təchizatında fasilə yaranacaq.

Seçilən
74
44
redaktor.az

10Mənbələr