AZ

Vəkillər Kollegiyasının üzvü olmayan şəxs “vəkil” sözündən istifadə edə bilməyəcək

Bakı. Trend:

Qanunvericilikdəki vəkillik anlayışı təkmilləşdirilir.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Vəkillərvə vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrəbir ildən az olmayaraq iş stajı olan və ya elmi müəssisələrdə(təşkilatlarda) və təhsil müəssisələrində hüquq sahəsində bir ildənaz olmayan müddətdə fəaliyyət göstərən, Vəkillərin İxtisasKomissiyasında peşə yararlığının müəyyən edilməsi məqsədilə yazılıtestdən və müsahibədən ibarət ixtisas imtahanını müvəffəqiyyətləvermiş, müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsindəicbari təlimi müvəffəqiyyətlə bitirmiş Azərbaycan Respublikasınınvətəndaşları aşağıdakı hallara zidd olmamaq şərti ilə vəkil olabiləcəklər.

Azərbaycan Respublikasının vətəndaşı olan, əvvəllər vəkil və yahakim (intizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinəxitam verilmiş şəxslər, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindənhəyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləriuzadılmamış hakimlər istisna olmaqla) olmuş şəxslər onlarınmüraciətləri əsasında yazılı testi vermədən, müsahibədən keçərəkicbari təlimə cəlb olunmaqla həmin təlimi müvəffəqiyyətlə keçdikdənsonra vəkilliyə qəbul olunacaqlar.

Azərbaycan Respublikasının vətəndaşı olan, əvvəllər vəkil və yahakim (intizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinəxitam verilmiş şəxslər, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindənhəyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləriuzadılmamış hakimlər istisna olmaqla) olmuş şəxslər yazılı testvermədən, müsahibədə iştirak etmək hüququndan yalnız bir dəfəistifadə edə biləcəklər.

Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, müvafiq icrahakimiyyəti orqanı tərəfindən hüquq sahəsində fəxri ad verilmişşəxslər, habelə əvvəllər Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin hakimi, apellyasiya va kassasiya instansiyasıməhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər onlarınmüraciətləri əsasında yazılı testi vermədən, müsahibədə iştiraketmədən və icbari təlimə cəlb edilmədən vəkilliyə qəbulolunacaqlar.

Vəkil dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbuledildikdə onun vəkillik fəaliyyəti dövlət qulluğuna xitamverilənədək dayandırılacaq. Dövlət qulluğuna (dövlət qulluğununxüsusi növünə) qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətidayandırılmış və bundan sonra dövlət qulluğunda (dövlət qulluğununxüsusi növündə) iki il və ya daha çox qulluq keçmiş şəxslər(hüquqşünaslıq ixtisası üzrə ali təhsil tələb edən vəzifələrdəqulluq keçən dövlət qulluqçuları istisna olmaqla) dövlət qulluğuna(dövlət qulluğunun xüsusi növünə) xitam verildikden sonra onlarınvəkillik fəaliyyətinə buraxılmalarına mane olan bu Qanunla müəyyənedilmiş hallar aşkar edilmədikdə onlar müvafiq icra hakimiyyətiorqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətləbitirdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul olabiləcəklər.

Dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbuledilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış və bundansonra dövlət qulluğunda (dövlət qulluğunun xüsusi növündə) ikiildən az qulluq keçmiş şəxslər, habelə hüquqşünaslıq ixtisası üzrəali təhsil tələb edən vəzifələrdə qulluq keçmiş dövlət qulluqçularıdövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) xitamverildikdən sonra onların müraciəti olduqda və vəkillikfəaliyyətinə buraxılmalarına mane olan bu Qanunla müəyyən edilmişhallar aşkar edilmədikdə vəkilliyə buraxılacaqlar.

Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən özünəmünasibətdə və ya təşkilatının adında “vəkil” sözündən və bu sözünistifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərətərcüməsindən istifadə olunması qadağan ediləcək.

Seçilən
19
12
az.trend.az

10Mənbələr